“Səbail”in qeyri-etik hərəkət edən futbolçusu diskvalifikasiya edildi
25.05.2023 - 13:25
“Səbail”in qeyri-etik hərəkət edən futbolçusu diskvalifikasiya edildi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XXXV turunda baş verənlər müzakirə olunub.

“Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olub. Ev sahibləri 800 manat cərimə edilib.

“Şamaxı” – “Qəbələ” matçından sonra qonaqların meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv olunub. Bu qarşılaşma bitdikdən sonra tribunanın “Qəbələ”yə aid hissəsindən meydançaya kənar əşya atıldığı üçün klub 1600 manat cərimələnib.

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Ramil Şeydayev və “Sumqayıt” üzvü Todor Todoroski rəqibə əl-qol atdığına görə hərəsi 2-si şərti olmaqla 3 matçlıq diskvalifikasiyaya məruz qalıb. 

“Turan Tovuz” – “Səbail” matçında qonaqların oyunçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun diskvalifikasiya olunub. Bakılılar 1600 manat cərimə edilib.

writer photo
Əlirza Əlirzalı
0