Sevgilisi "Qarabağ"a transferinə mane oldu – SON DƏQİQƏ
10.10.2022 - 15:54
Sevgilisi "Qarabağ"a transferinə mane oldu – SON DƏQİQƏ

“Qarabağ” xeyli müddətdir danışıqlar apardığı hücumçudan cavab alıb.

Apasport.az saytının məlumatına görə, Paolo Fernandes Azərbaycandan gələn təklifi son anda geri çevirib.

İspaniyalı futbolçunun karyerasını ölkəmizdə davam etdirməsinə sevgilisi razılıq verməyib.

Fernandes futbolun sirlərini “Saraqosa”da öyrənməyə başlayıb (2010–2013), daha sonra “Mançester Siti”yə transfer olub (2013–2017).

İngiltərə klubu onu 2017-2020-ci illər ərzində icarəyə verib. Hücumameylli yarımmüdafiəçi öncə Niderlandda “Breda” (2017-2019), ardınca İtaliyada “Peruca”nın (2019-2020) formasını geyinib.

Daha sonra İspaniyaya qayıdaraq, “Kastelyon”la müqavilə bağlayıb. 2021-ci ildə Yunanıstana üz tutub və “Volos”la anlaşıb.

Yerli Super Liqada 31 oyuna 6 qol vuran Paolo bu ilin yayında AEK-ə satılıb. Yeni klubu isə burada əsas heyətə düşəcəyinə inanmadığı ispaniyalını icarə əsasında “Volos”un ixtiyarına verib (sportinfo.az).
 

writer photo
Əlirza Əlirzalı
0