Şeydayevin debütü qələbə ilə yekunlaşdı
22.07.2023 - 20:26
Şeydayevin debütü qələbə ilə yekunlaşdı

Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda debüt edib.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının üzvü yoxlama oyununda meydana çıxıb.

“Utai Tani” ilə qarşılaşmada Ramil start heyətətində yer alıb. 27 yaşlı futbolçu “Buriram Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda fərqlənməyib.

Qeyd edək ki, Şeydayev “Buriram Yunayted”lə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.
 

writer photo
Əlirza Əlirzalı
0