Şimali Makedoniya – Azərbaycan: Ekspert rəyi
19.11.2022 - 14:35
Şimali Makedoniya – Azərbaycan: Ekspert rəyi

Azərbaycan millisi növbəti oyununu noyabrın 20-də keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq görüşündə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Futbol eksperti Saçin Bat bu qarşılaşmaya proqnoz verib. Matçlara analizi ilə tanınan mütəxəssis Skopyedəki görüşdə qalib görmür:

Doğma meydan amili Şimali Makedoniyanın tərəfindədir. Balkanlılar bu üstünlüyünə arxayın ola bilər.

Psixoloji üstünlük də makedoniyalıların tərəfindədir. Onlar indiyədək heç vaxt bu rəqibə uduzmayıb. 

Lakin bunlar meydan sahiblərinin qələbə qazanacağını söyləməyə əsas vermir. Azərbaycan millisi hazırda əla formadadır.

Son dörd matçdakı qələbə də buna sübutdur. Qonaqlar Skopyedəki oyunu heç-heçəyə daşıya bilər.

Proqnozum: X
 

writer photo
Əlirza Əlirzalı
0