“Srvena Zvezda”nın sabiq hücumçusu “Neftçi”nin maraq dairəsində
14.09.2023 - 13:44
“Srvena Zvezda”nın sabiq hücumçusu “Neftçi”nin maraq dairəsində

“Neftçi” transfer çalışmalarını davam etdirir. 

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın maraqlandığı forvardlar arasında Aleksa Vukanoviçin adı da var. 

Bakılılar serbiyalı hücumçunun keçidini həll etməyə çalışır. “OFK Baçka”, “Napredak”, “Srvena Zvezda”, “Meyçjou Hakka” klublarında çıxış etmiş 31 yaşlı hücumçu son dəfə “Umm Salal” formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0