Lui Van Qal maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Apasport.az saytı xəbər verir ki, Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal Argentinanın 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatını ədalətsiz qazandığını deyib.
62 yaşlı mütəxəssis cənubi amerikalılara xüsusi simpatiya ilə yanaşıldığını iddia edib: “Bu barədə çox danışmaq istəmirəm. Argentinanın necə qol vurduğunu və bizim necə qol vurduğumuzu, hakimlərin bəzi argentinalı futbolçuların hərəkətinə göz yumduğunu və cəzalandırmadığını görəndə düşünürəm ki, bunların hamısı qəsddəndir. Çünki Messini dünya çempionu etməli idilər və etdilər də. Məqsəd bu idi”.
Qeyd edək ki, DÇ-2022-də Argentina millisi 1/4 finalda Niderlandı məğlub edib (2:2, penaltilər - 4:3). Finalda argentinalılar Fransaya qalib gələrək (3:3, penaltilər - 4:2) tarixdə üçüncü, komandanın kapitanı Lionel Messi isə ilk dəfə dünya çempionu olublar.