Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Fənərbaxça" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, VI turda baş tutan oyun Atilla Karaoğlan tərəfindən idarə olunub.
Bakı vaxtı ilə saat 21:00-da "Ülker" stadionunda başlayan İstanbul derbisi Super Liqa tarixində 135-ci dəfə keçirilib.
İndiyə qədər baş tutan görüşlərin 53-ündə "Fənərbaxça", 37-də "Qalatasaray" qələbə qazanıb, 44 oyun isə heç-heçə nəticələnib.
Qarşılaşma qonaqların üstünlüyü ilə başlayıb. Erkən qollar vuran "Cimbom" ilk hissəni öndə tamamlayıb. "Sarı-qırmızılar" ikinci yarıda daha bir dəfə fərqlənib. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb - 1:3.
Hazırda "Qalatasaray" 18 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.
21 sentyabr
Türkiyə Super Liqası
21:00. "Fənərbaxça" - "Qalatasaray" 1:3
Qollar: Edin Dzeko, 63 - Lukas Torreyra, 21, Dris Mertens, 28, Qabriel Sara, 60