Stolüstü tennisçilərimizdən 2 medal
29.10.2023 - 11:37
Stolüstü tennisçilərimizdən 2 medal

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda uğurlu çıxışa imza atıblar.

Apasport.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində təmsilçşilərimiz daha iki medal qazanıblar. 

Yarışın ikinci günündə mübarizəyə qatılan Aylin Əsgərova qızıl, Adil Əhmədzadə isə bürünc medal qazanıb. Xatırladaq ki, yarışın ilk günündə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxmısdı. 

Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0