PSJ-nin son şansı
27.02.2024 - 15:58
PSJ-nin son şansı

PSJ-nin Kilian Mbappeni komandada saxlamaq səyləri davam edir.

Apasport.az xəbər verir ki, iddialara görə, Qətər əmiri Təmim bin Həməd Al Tani oyunçunun Paris klubunda qalması üçün danışıqlarda iştirak etməyi planlaşdırır.

Əmirin Fransa millisinin kapitanının qəbul edəcəyinə inandığı yeni sövdələşmə hazırlatdığı bildirilir.

Xatırladaq ki, 25 yaşlı hücumçunun Madrid klubu ilə şifahi razılıq əldə etdiyi və yayda İspaniyaya köçəcəyi deyilir.

Kilian Mbappe 2018-ci ildən PSJ-nin şərəfini qoruyur. Parislilərlə razılaşması mövsümün sonunda başa çatacaq futbolçu bu mövsüm meydana çıxdığı 32 matçda 32 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0