İngiltərənin məşhur idman jurnalı “FourFourTwo” perspektiv vəd edən 50 gənc futbolçunun siyahısını hazırlayıb.
Apasport.az saytı xəbər verir ki, nəşr ənənəvi müəyyənləşdirdiyi siyahıda bu dəfə ilk pillədə Dortmund “Borussiya”sının 19 yaşlı ingilis futbolçusu Cud Bellingem qərarlaşıb.
Onu digər Bundesliqa klubu - “Bavariya”nın gənc futbolçusu Camal Musiala izləyir. İlk “üçlüy”ü isə “Zalsburq”dan (Avstriya) Benjamin Sesko qapayır.
“Barselona”nın gənc vinqeri Qavi və Madrid “Real”ının heyətə qatmağa çalışdığı 18 yaşlı braziliyalı Endrik müvafiq olaraq, 4-cü və 5-ci yerdədir.
Siyahıda Türkiyə “Fənərbaxça”sının 17 yaşlı futbolçusu Arda Gülər 16-cıdır.