“Napoli” seçim qarşısında
10.06.2023 - 20:56
“Napoli” seçim qarşısında

“Napoli” baş məşqçi axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, namizədlər sırasında Vinçenzo İtalyanonun da adı çəkilir.

“Fiorentina”nı Konfrans Liqasının finalına yüksəldən gənc mütəxəssis “Napoli” ilə danışıqlar aparır. Neapolluların Çempionlar Liqasında oynaması İtalyanonun seçiminə təsir edə bilər. “Napoli” Rudi Qarsiya vı Kristof Qaltye ilə də maraqlanır. 

Qeyd edək ki, Luçano Spaletti “Napoli”yə çempion titulu qazandırdıqdan sonra istefa vermişdi.
 

writer photo
Əlirza Əlirzalı
0