Cəsarətli MƏRC
15.03.2023 - 17:33
Cəsarətli MƏRC

Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 14-də baş tutan oyunları diqqətçəkən mərclə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorunun müştərisi “Porto”nun qonağı olan “İnter”in mərhələ keçməsinə proqnoz verib.

Better bu varianta 140 min rubl (3 min 136 manat) yatırıb. Belə variantın əmsalı 1,35-ə bərabər olub.

İlk oyunda 1:0 hesabı ilə qalib gələn Milan təmsilçisi proqnozsevərin güvənini boşa çıxarmayıb. Portuqaliyadakı qolsuz heç-heçə “İnter”i 1/4 finala daşıyıb. Cəsarətli mərc sahibi isə 189 min rubl (4 min 233,6 manat) uduş götürüb.

writer photo
Əlirza Əlirzalı
0