“Bavariya”da yeni müqavilə
12.11.2022 - 22:56
“Bavariya” qapıçısı Sven Ulrayxdan məmnundur.
Apasport.az saytının məlumatına görə, bu üzdən 34 yaşlı qolkiperlə yeni müqavilə imzalanıb.
Bunu Münhen klubunun mətbuat xidməti açıqlayıb. Bildirilib ki, əsas qapıçı Manuel Noyerin əvəzləyicisi olan Ulraxla mövsümün sonuna qədər olan sözləşmə daha 1 il uzadılıb. İndi o, 2024-cü ilin yayına qədər Bundesliqa təmsilçisinə məxsusdur.
Qeyd edək ki, 2015-2020-ci illəri “Bavariya”da keçirən Sven Ulrayx 2 il “Hamburq”da oynasa da, ötən il Münhen klubuna qayıdıb.
0
0