Çempionlar Liqasında 7-ci “qoca” bombardir
11.05.2023 - 10:18
Çempionlar Liqasında 7-ci “qoca” bombardir

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Milan”la ilk oyunu Edin Dzeko üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “İnter”in futbolçusu 30 yaşından sonra qitənin ən nüfuzlu klub turnirində 20-ci qolunu vurub.

Bosniya və herseqovinalı hücumçu buna nail olan 7-ci oyunçudur. Onadək Kriştiano Ronaldo, Lionel Messi, Robert Levandovski, Kərim Benzema, Zlatan İbrahimoviç və Didye Droqba üçüncü onilliyini tamamlayandan sonra 20 dəfə fərqlənib.

Qeyd edək ki, “İnter” səfər matçında 2:0 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0