“Sumqayıt” “Arsenal”ın futbolçusunun transferini rəsmiləşdirdi
10.02.2023 - 10:37
“Sumqayıt” “Arsenal”ın futbolçusunun transferini rəsmiləşdirdi

“Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

Klubdan apasport.az saytına verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış etmiş Kamran Əliyevlə 2,5 illik müqavilə imzalayıb. 

24 yaşlı azərbaycanlı futbolçu “Sumqayıt”nın heyətində “23” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” (Tula) komandalarında da çıxış edib. Kamran həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 2 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0