Mbappe dünya rekordunu təkrarladı
18.12.2022 - 20:52
Mbappe dünya rekordunu təkrarladı

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2022-nin finalında Argentina ilə görüşdə dubl etməklə tarixə düşüb.

Apasport.az xəbər verir ki, DÇ-2018-ci ilin finalında Xorvatiyaya (4:2) qol vurmuş futbolçu dünya rekordunu təkrarlayıb.

Onun kimi dünya çempionatlarının finallarında 3 qol vurmuş futbolçular bunlardır: Vava, Pele (hər ikisi Braziliya), Ceff Hörst (İngiltərə) və Zinəddin Zidan (Fransa).

writer photo
Əlirza Əlirzalı
0