Emreli "Nürnberq"in ən çox qazanan futbolçularındandır
22.08.2024 - 14:56
Emreli "Nürnberq"in ən çox qazanan futbolçularındandır

Almaniyanın “Nürnberq” klubuna keçən Azərbaycan millisinin forvardı Mahir Emreli 2025-ci il iyunun 30-na qədər bu komandada oynayacaq, lakin Almaniya klubu onunla müqavilə müddətini bir illik artırmaq haqqına da sahibdir.

Apasport.az saytına verilən məlumata görə, Mahir “Nürnberq”lə müqavilə imzalamaqla, klubun ən yüksək ödənişli ilk üç futbolçusundan biri olub.

Saytımıza verilən məlumata görə, Emreli İkinci Bundesliqada mübarizə aparan klubda illik 350 min avro maaş alacaq. 

Danışıqlara əsasən, “Nürnberq” əsas Bundesliqaya vəsiqə qazana bilməsə, Emreli oradan ayrılmaq haqqına malik olacaq. Əgər, “Nürnberq” yüksək liqaya çıxarsa, almanlar onun maaşını daha da artıracaq.
 

writer photo
Əlirza Əlirzalı
0