Belyerin 5 illik müqavilə imzaladı
18.07.2023 - 14:01
Belyerin 5 illik müqavilə imzaladı

“Arsenal” və “Barselona”nın sabiq futbolçusu Ektor Belyerinin yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Betis”ə keçib.

28 yaşlı ispaniyalı La Liqa klubu ilə 5 illik müqavilə imzalayıb. “Sportinq”lə anlaşması başa çatan Ektor yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, müdafiəçi 2021/22 mövsümündə də “Betis”in formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0