"Sumqayıt" Ekvador millisinin futbolçusunu transfer etdi - Detallar
20.02.2024 - 15:12
"Sumqayıt" Ekvador millisinin futbolçusunu transfer etdi - Detallar

“Sumqayıt” heyətinə yeni legioner cəlb edib.

Apasport.az "sportinfo"ya istinadla xəbər verir ki, "kimyaçılar" Xordon Rezabalanın transferini bitirib.

Ekvadorun U-23 yığmasında oynamış 23 yaşlı yarımmüdafiəçinin son klubu yerli “Quayakil Siti” olub. Buna qədər isə “Tixuana”, “Dorados”, “Olmedo”da forma geyinib.

“Gənclik şəhəri“ təmsilçisi Rezabala ilə 1,5 illik müqavilə şərtlərini razılaşdırıb. Cənubi amerikalı Azərbaycanda hər ay 7500-8000 dollar civarında əməkhaqqı alacaq.

writer photo
Əlirza Əlirzalı
0