UEFA "Qarabağ"la matç öncəsi qadağanı ləğv etdi
23.08.2024 - 14:24
UEFA "Qarabağ"la matç öncəsi qadağanı ləğv etdi

UEFA "Qarabağ" -  "Dinamo" matçı öncəsi Xortaviya klubuna tətbiq etdiyi qadağanı aradan qaldırıb.

Apasport.az xəbər verir ki, Zaqreb təmsilçisinin azarkeşlərinə Avrokuboklarda səfər matçlarını izləməyə icazə verib. Fanatlar səfər matçları ilə bağlı tətbiq olunan qadağa yeni mövsümdən etibarən aradan qaldırılıb. Bununla əlaqədar qitənin futbol qurumundan kluba məktub daxil olub.

"Dinamo" klubu yenidən fanatlarını oyunlar zamanı qanun pozuntularına yol verməməyə çağırıb. Bu qərar o deməkdir ki, Zaqreb klubunun fanatları Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçiriləcək cavab oyununu izləyə biləcəklər.

"Dinamo" bildirib ki, qarşıdakı oyuna bilet satışı ilə bağlı azarkeşlərə tezliklə məkumat veriləcək. "Qarabağ" - "Dinamo" cavab oyunu avqustun 28-də keçiriləcək. İlk görüşdə xorvatlar 3:0 hesabı ilə qələbə qazanıblar.

writer photo
Əlirza Əlirzalı
0