Aquero bombardirliyə favoritlərini açıqladı
07.08.2022 - 15:12
Aquero bombardirliyə favoritlərini açıqladı

Argentina millisinin sabiq hücumçusu Serxio Aquero bu həftə start götürən İngiltərə Premyer Liqası ilə bağlı proqnozunu verib.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin əfsanəvi forvardı çempionatın bombardirliyinə favoritlərini açıqlayıb.

Aquero bir neçə oyunçunun buna namizəd olduğunu söyləyib: “Mənim favoritlərim Rahim Sterlinq, Erlinq Haaland, Məhəmməd Salah və Qabriel Jezuşdur. Ancaq “Tottenhem”li Harri Keyn və Xın Min Son da həmişə bombardirlər sırasında olacaqlar. Adlarını sadaladığım oyunçuların çoxlu qol vura bilməməsi üçün heç bir səbəb görmürəm. Çünki hamısı yaxşı klublarda oynayırlar və onlardan çox şey gözləyirəm”.

Qeyd edək ki, 10 il Premyer Liqada çıxış edən Serxio Aquero 2014/15 mövsümündə 26 qolla bombardir olub.

writer photo
Əlirza Əlirzalı
0