Yığmamızın hücumçusu Mahir Əmrəli Türkiyə Super Liqasının son turunda fərqlənib.
Apasport.az-ın məlumatına görə, Mahir “Beşiktaş”la səfər matçında komandasının ikinci qolunun müəllifi olub.
Məhsuldar keçən oyun 3:3 hesabı ilə başa çatıb. Hesab 2:1 rəqibin xeyrinə olarkən, Əmrəli dəqiq zərbə ilə fəqlənib. Bu nəticədən sonra “Beşiktaş” mövsümü 3-cü, “Konyaspor” isə 8-ci pillədə başa vurub.
Super Liqanı tərk edəcək sonuncu klubun adına aydınlıq gəlib. Zəlzələ səbəbindən çempionatdakı çıxışını dayandıran “Qaziantep”, “Hatayspor”a bir neçə tur əvvəl “Umraniyəspor” qoşulmuşdu. “Girəsinspor” və “İstanbulspor” son turda qələbə qazansalar da, rəqibindən 1 xal geri qalan Girəsun klubu növbəti mövsümü 1-ci liqada keçirəcək.
36-cı tur
“Beşiktaş” – “Konyaspor” – 3:3
“Ankaragücü” – “Adana Demirspor” – 1:2
“Girəsinspor” – “Antalyaspor” – 2:0
“İstanbulspor” – “Umraniyəspor” – 4:0
Mahirin qolu “Konyaspor”u xilas etdi
07.06.2023 - 23:11
0
0