"Sumqayıt" ekvadorlu futbolçu ilə müqavilə imzaladı- Rəsmi
22.02.2024 - 16:51
"Sumqayıt" ekvadorlu futbolçu ilə müqavilə imzaladı- Rəsmi

2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu Cordan Rezabala ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib.

O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

writer photo
Əlirza Əlirzalı
0