Braziliyadan Abubakara təklif var
27.01.2024 - 16:24
Braziliyadan Abubakara təklif var

"Beşiktaş"ın heyətindən kənarda qalan Vinsent Abubakar üçün taliblər gəlməyə davam edir.

Apasport.az Braziliya mətbuatına istinadla xəbər verir ki, "Qremio" komandası kamerunlu hücumçuya rəsmi təklif göndərib.

Rəhbərlik Abubakar üçün 5 milyon avro qiymət qoyub. 

Hazırda Afrika Millətlər Kubokunda çıxış edən Abubakar bu mövsüm “ağ-qaralar”ın heyətində 22 oyuna çıxıb, 11 qol, 3 ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0