Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Superkuboku öncəsi xoşagəlməz hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, Ər-Riyaddakı qarşılaşma öncəsi matçda tətbiq olunacaq qadağalar üzə çıxıb.
Belə ki, “Qalatasaray” və “Fənərbaxça” oyunundan öncə Türkiyə himninin səslənməsinə qadağa qoyulduğu ilə bağlı iddialar yayılıb. Bundan başqa komandaların Mustafa Kamal Atatürkün "Yurtta Sulh Cihanda Sulh" sitatının yer aldığı pankartla meydana çıxmasına da qadağa qoyulub.
Hər iki klub baş verənlərdən narazılığını nümayiş etdirib. Lakin məsələ ilə bağlı açşıqlama yayan Türkiyə Futbol Federasiyası (TFF) qarşılaşmadan əvvəl himnin çalınacağını bəyan edib.
Qeyd edək ki, bu gün saat 20:45-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək qarşılaşmada hakim Abdulkadir Bitigen fit çalacaq.