"Roma"nın yeni baş məşqçisi bəlli oldu
16.01.2024 - 17:02
"Roma"nın yeni baş məşqçisi bəlli oldu

"Roma" Joze Mourinyonun yerinə sabiq yarımmüdafiəçisi Daniele de Rossini baş məşqçi təyin edib. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

40 yaşlı mütəxəssislə bu mövsümün sonuna qədər müqavilə imzalansa da, sözləşmənin uzadılması variantı var.

Xatırladaq ki, klub bu gün 2 mövsüm yarım klubu çalışdıran Joze Mourinyonu istefaya göndərdiyini rəsmən açıqlayıb.

Qeyd edək ki, Rossi 2001-2019-cu illərdə "Roma"nın formasını geyinib, futbolçu kimi paytaxt klubunda 616 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0