Taekvondoçumuz İranda bürünc medal qazandı
15.02.2024 - 13:54
Taekvondoçumuz İranda bürünc medal qazandı

Taekvondo üzrə Azərbaycan yığması İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open”də ilk medalını qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından apasport.az-a verilən məlumata görə, G1 kateqoriyalı yarışda Rahid Vəliyev fərqlənib.

54 kq çəkidə mübarizə aparan idmançı bürünc medala sahib olub.

Turnirə bu gün yekun vurulacaq.

Qeyd edək ki, komandamız “Fəcr Open”in ardınca Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0