Şahruddinin komandasında növbəti ayrılıq
01.03.2024 - 18:13
Şahruddinin komandasında növbəti ayrılıq

Millimizin üzvü Şahruddin Məhəmmədəliyevin də çıxış etdiyi "Adana Dəmirspor"da daha bir ayrılıq qərarı verilib. 

Apasport.az xəbər verir  ki, Emre Akbabanın "Adana Dəmirspor" macərası mövsüm sonunda başa çatacaq.

2022-23 mövsümünün əvvəlində "Qalatasaray"dan 500 min avroya transfer olunan Emre Akbaba ilə 2+1 illik müqavilə imzalanıb. Adana təmsilçisi təcrübəli futbolçunun variantından istifadə etməyəcək və futbolçu ilə vidalaşacaq.

“Adana Dəmirspor”la cəmi 61 matçda forma geyinən Emre Akbaba 15 qol vurub, 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0