Tallin qazancı: 13,1 xal
14.10.2023 - 12:14
Tallin qazancı: 13,1 xal

Azərbaycan millisi FİFA reytinqindəki xal hesabını artırıb.

Apasport.az xəbər verir ki, buna AVRO-2024-ün Estoniya ilə seçmə oyunu səbəb olub.

Yığmamız səfərdə 2:0 hesablı qələbə qazanıb. Tallindəki bu uğur FİFA reytinqinə də təsir edib.

Canni de Byazinin yetirmələri 13,1 xal qazanıb. Hazırda komandamız canlı cədvəldə 1160,79 xala malikdir.

Qeyd edək ki, millimiz son siyahıda 1147,69 xalla dünyanın 121-ci komandası idi.
 

writer photo
Əlirza Əlirzalı
0