Təmsilçilərimizin ÇL-dəki rəqibləri bəlli olub
28.08.2024 - 20:25
Təmsilçilərimizin ÇL-dəki rəqibləri bəlli olub

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

Apasport.az xəbər verir ki, təmsilçilərimiz "Birbaşa Bakı" və "AzNur"un da rəqibləri bəlli olub.

"Birbaşa Bakı" "BKMK Brno" (Çexiya), "Nottingem Livorno" (İtaliya) və "Orteqa Tvins Malaqa" (İspaniya) kollektivləri ilə qarşılaşacaq.

"Aznur"un rəqibləri isə "Andezit" (Ukrayna), "Qalport Svieçe" (Polşa) və "Piopios Bayonne" (Fransa) klubları olub.

Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada start götürəcək. 

writer photo
Əlirza Əlirzalı
0