"Maraqlı oyun getdi. Hər iki komanda həm uduza da, həm də qalib gələ bilərdi. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir. Qış fasiləsinə qələbə ilə getmək istərdik. Amma heç-heçə də bizim üçün pis nəticə deyil. Son dəqiqədə qol buraxmağımıza baxmayaraq, oyunçularımdan razı qaldım. Qırmızı vərəqələr və 4 qol oyuna maraq qatdı".
Apasport.az-ın xəbərinə görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib.
O, "CBC Sport"a açıqlamasında "Zirə" ilə 2:2 başa çatmış matçdan sonra futbolçular arasındakı münaqişəni belə izah edib: "Oyunun gedişatı aqressiv idi. Qırmızı vərəqələr, hakimin addımbaşı oyunu dayandırması, VAR-a baxılması futbolçularda aqressiya yaratdı. Vurduğumuz qolun sayılmaması futbolçular arasında diskussiyaya səbəb oldu. VAR-dan sonra qərarın dəyişilməsi müəyyən söhbətlərə gətirib çıxardı. Ancaq futbolda belə emosiyalar olur".
Səbuhi Musa