"Trabzonspor" rəhbərliyi 0:5 uduzan məşqçi barədə qərar verdi
10.01.2023 - 21:50
"Trabzonspor" rəhbərliyi baş məşqçi Abdullah Avcı ilə davam etməyə qərar verib.
Apasport.az xəbər verir ki, dünən Super Liqada "Alanyaspor"a 0:5 hesabı ilə darmadağın olandan sonra Avcı istefa vermək istəyini klub rəhbərliyinə bildirmişdi.
Lakin "Trabzonspor" baş məşqçinin istefa ərizəsini geri çevirib. Abdullah Avcı bu gün artıq klubla "Başakşehir"lə oyunun hazırlıqlarında iştirak edib.
0
0