"Trabzonspor"da Abdullah Avcı dövrü başa çatıb
31.08.2024 - 20:39
"Trabzonspor"da Abdullah Avcı dövrü başa çatıb

"Trabzonspor" baş məşqçi Abdullah Avcı ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Super Liqa klubu bu barədə KAP-a bildirib.

Klubdan verilən açıqlamada Abdulla Avcının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi qeyd edilib.

Razılaşmaya görə, Avcı müqavilə çərçivəsində alacaqlarının yarısından imtina edib.

61 yaşlı mütəxəssis 2020/21 və 2023/24 mövsümlərində Qara dəniz təmsilçisini çalışdırıb. 

 

writer photo
Əlirza Əlirzalı
0