“Turan Tovuz” onu son tura saxlayır
15.05.2023 - 12:51
“Turan Tovuz” onu son tura saxlayır

“Turan Tovuz” yay transfer pəncərəsində heyətində islahatlar aparmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantının yollarını ayırmaq istədiyi futbolçulardan biri bəllidir.

Qərblilər qışda heyətinə cəlb etdiyi Divine Naahın nümayiş etdirdiyi oyundan narazıdır. Klub rəhbərliyi özünü doğrulda bilməyən 27 yaşlı qanalı yarımmüdafiəçini göndərib-göndərməməyi götür-qoy edir.

Futbolçunun öz potensialını göstərməsi üçün qışa qədər şans verilməsi də istisna deyil. Mövsümün 5 matçında 101 dəqiqə meydanda olan Divine ilə bağlı yekun qərar son turdan sonra veriləcək.

Qeyd edək ki, “Mançester Siti”nin sabiq üzvü “Turan Tovuz”a qədər Litvada Kaunas “Jalgiris”inin forması geyinib.

writer photo
Əlirza Əlirzalı
0