“Turan Tovuz” “Sabah”la danışıqlara hazırlaşır
15.04.2023 - 10:50
“Turan Tovuz” “Sabah”la danışıqlara hazırlaşır

“Turan Tovuz” yeni mövsümün planlarını qurmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, qərblilər icarəyə götürdüyü daha bir futbolçunu komandada saxlamaq istəyir. 

Premyer Liqanın debütantı müqavilə ilə “Sabah”a məxsus olan Şakir Seyidovun çıxışından razı qalıb. Bu üzdən mövsümün sonunda Masazır klubuna geri qayıtmalı olan 23 yaşlı müdafiəçinin heyətdə saxlanılması planlaşdırılıb.

Şakirin “Sabah”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Ayxan Abbasov Seyidovu yeni mövsüm üçün də sərəncamında görmək istədiyi barədə klub rəhbərliyini məlumatlandırıb. Müdafiəçinin yeni mövsümə “Sabah”da, yoxsa “Turan Tovuz”da başlayacağı klublar arasında danışıqlardan sonra dəqiqləşəcək.

Qeyd edək ki, Şakir cari mövsüm Premyer Liqada 26 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0