“Turan Tovuz”da yeni hücumçu
02.08.2022 - 15:44
“Turan Tovuz”da yeni hücumçu

“Turan Tovuz” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, hücumçu Natan Oduva tovuzlularla anlaşıb.

26 yaşlı forvard yeni komandası ilə 1 illik müqavilə bağlayıb. Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir.

Qeyd edək ki, Natan Oduva karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0