"Zirə" Boluya yollandı - FOTO
18.07.2023 - 12:12
"Zirə" Boluya yollandı - FOTO

Azərbaycan Premyer Liqasının daha bir klubu mövsümlərarası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Apasport.az saytının məlumatına görə, "Zirə" hazırlıq üçün bu gün Boluya yola düşüb.

Rəşad Sadıqovun yetirmələri qardaş ölkədə üç yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblərdən ikisi dəqiqləşib. “Zirə” Türkiyə Superliqası təmsilçisi “Fatih Karagümrük” və ötən mövsüm elitanı tərk edən “Qaziantep”lə qarşılaşacaq.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 4-də start veriləcək.

writer photo
Əlirza Əlirzalı
0