"Turan Tovuz"un futbolçusu dünya gündəmində
08.07.2024 - 15:30
"Turan Tovuz"un futbolçusu dünya gündəmində

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller bir çox klubların maraq dairəsindədir. 

Apasport.az saytına verilən məlumata görə, Kiprin iddialı “Apollon”(Limassol) klubu panamalı müdafiəçini bu yay heyətinə qatmağı planlaşdırır.

“Turan Tovuz”un futbolçusu “Copa America” oyunları zamanı Kipr klubunun diqqətini çəkib. Belə ki, Limassol təmsilçisi hazırda 32 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır. Amma əldə etdiyimiz məlumata görə, Miller özü Azərbaycana qayıtmaq, “Turan Tovuz”da oynamağa davam etmək istəyir.

Roderikin “Turan Tovuz”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Klub onunla müqavilə müddətini bir illik də artıra bilər.

Qeyd edək ki, Millerin şərəfini qoruduğu Panama millisi hazırda da davam edən “Copa America”da 1/4 finalda Kolumbiyaya 0:5 uduzmaqla iştirakını dayandırmışdı. Panama yer aldığı C qrupunda isə Uruqvaydan sonra 6 xalla ikinci yeri tutub və pley-off mərhələsinə yüksəlmişdi. 
 

writer photo
Əlirza Əlirzalı
0