Türkiyə klubu yenə “Qarabağ”ın qapısında - daha yüksək məbləğlə
29.06.2022 - 13:26
Türkiyə klubu yenə “Qarabağ”ın qapısında - daha yüksək məbləğlə

“Qarabağ”ın hücumçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Sakaryaspor” 24 yaşlı forvardın transferində israrını davam etdirir.

Ötən həftə qanalı oyunçunun icarəyə verilməsi və birdəfəlik transfer edilməsi məsələsini “Qarabağ” rəhbərliyi ilə müzakirə edən sakaryalılar növbəti dəfə Azərbaycan çempionunun qapısını döyəcək.

Onun hücumun həm cinahında, həm də mərkəzində oynamaq bacarığı baş məşqçi İlker Pürenin xüsusi diqqətini çəkib. TFF I Liqa təmsilçisi transferin reallaşması üçün bu dəfə daha yüksək məbləğ təklif edəcək.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Ankaragücü”də keçirən Ovusu Kvabenanın “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0