"Real”dan Militao qərarı
06.11.2023 - 17:01
"Real”dan Militao qərarı

"Real”ın müdafiəçisi Eder Militaonun müqaviləsini yeniləyəcək.

Apasport.az xəbər verir ki, braziliyalı futbolçu ilə yeni sözləşmə 2028-ci ilin yayına qədər imzalanacaq. 

Onunla anlaşma bir il əvvəl razılaşdırılıb. Müqavilədə oyunçunun sərbəst qalma dəyəri komandadakı digər braziliyalılar kimi 1 milyard avro təşkil edəcək.

Qeyd edək ki, “Kral klubu” Federiko Valverde və Eduardo Kamavinqa ilə də müqaviləsini yeniləyəcək.

writer photo
Əlirza Əlirzalı
0