Türkiyəli atletlər “Tərəqqi” medalı ilə təltif edildi - SƏRƏNCAM
28.04.2023 - 13:54
Türkiyəli atletlər “Tərəqqi” medalı ilə təltif edildi - SƏRƏNCAM

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif ediliblər.

writer photo
Əlirza Əlirzalı
0