U-19 millimizdən heç-heçə - YENİLƏNİB
15.11.2023 - 21:01
U-19 millimizdən heç-heçə - YENİLƏNİB

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb. 

Apasport.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Bosniya və Herseqovina ilə görüşüb.

Lüksemburqda baş tutan matç elə başladığı kimi də bitib: 0-0

Qeyd edək ki, millimiz noyabrın 18-də Niderland, 21-də Lüksemburqla qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsi
11-ci qrup, I tur
15 noyabr
19:00. Azərbaycan – Bosniya və Herseqovina 0-0

Baş hakim: Mikkel Redder (Danimarka)
Stade de la Frontiere
 

writer photo
Əlirza Əlirzalı
0