Üç futbolçu millidən qovuldu
04.06.2022 - 13:50
Üç futbolçu millidən qovuldu

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Üç futbolçu -  Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb. Buna onların nizam-intizam qaydalarını pozması səbəb olub. Baş məşqçi Miloş Velebitin qərarı ilə onlar komandadan ayrılıb. Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0