İtaliya millisinin müdafiəçisi zədələnib
07.09.2024 - 17:54
İtaliya millisinin futbolçusu Rikkardo Kalafiori zədələnib.
Apasport.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Fransaya 3:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının matçında sıradan çıxıb.
O, görüşün 71-ci dəqiqəsində rəqib oyunçu Usman Dembele ilə toqquşub. 71-ci dəqiqədə əvəzlənən Kalafiori topuğundan zədə alıb.
Müdafiəçi sentyabrın 9-da səfərdə İsrailli matçda iştirak edə bilməyəcək.
0
0