Emrelinin komanda yoldaşı: "Uğuru özümə həsr etmək istəyirəm"
17.12.2022 - 23:20
Emrelinin komanda yoldaşı: "Uğuru özümə həsr etmək istəyirəm"

“Oyundan 2 gün əvvəl baş məşqçi mənə xəbərdarlıq etmişdi ki, oynayacağam".

Apasport.az xəbər verir ki, bunu Xorvatiya millisinin mərkəz müdafiəçisi Yosip Şutalo deyib.

Zaqreb "Dinamo"sunda millimizin futbolçusu Mahir Emrelinin komanda yoldaşı olan Şutalo mundialda yeganə oyununu 3-cü yer uğrunda Mərakeş yığmasına qarşı keçirib. Bosniya və Herseqovina doğumlu futbolçu qələbəni özünə həsr etdiyini bildirib: "O, mənə sadəcə öz oyunumu oynamağımı və mənim keyfiyyətlərimi bildiyini söylədi. Mən bunu gözləyirdim. Bu tapşırığı ən yaxşı şəkildə yerinə yetirməyə çalışdım. Mən nailiyyətimizlə həqiqətən fəxr edirəm.

Düşünürəm ki, yalnız bir neçə gündən sonra biz əslində nə etdiyimizi anlayacağıq. Bu uğuru özümə həsr etmək istəyirəm, çünki buna layiq olduğumu düşünürəm. Mən bütün ömrüm boyu bunun üçün çalışmışam. Amma təbii ki, medalı da ailəmə və bütün Xorvatiyaya həsr etmək istəyirəm”.

Qeyd edək ki, Xorvatiya millisi ardıcıl 2-ci dəfə mundialın medallarını qazanıb.

writer photo
Əlirza Əlirzalı
0