“Milan”ın futbolçusu Zlatan İbrahimoviç karyerasını “Montsa”da davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 41 yaşlı isveçli hücumçunun keçidinə klubun sahibi Silvio Berluskoni ilə münasibətləri səbəb olacaq.
Dostluq əlaqələri olan tərəflər şifahi razılıq əldə edib. Yayda “Milan”la müqaviləsi başa çatacaq Zlatan azad agent kimi A seriyasının digər klubuna keçəcək. “Rossonyeri” İbrahimoviçin müqaviləsini uzatmaq fikrindən uzaq olsa da, skandinaviyalı karyerasını bitirmək niyyətində deyil.
Qeyd edək ki, Zlatan zədə üzündən böyük hissəsini boşa verdiyi mövsümün 4 matçında 1 qol vurub.