Holand 1-ci, Mbappe 10-cu pillədə
07.06.2023 - 00:56
Holand 1-ci, Mbappe 10-cu pillədə

“Mançester Siti”nin futbolçusu Erlinq Holand dünyanın ən dəyərli futbolçusudur.

Apasport.az saytı xəbər verir ki, bu, “CIES Football Observatory” şirkətinin qiymətləndirilməsinə görə müəyyənləşib.

Norveçli hücumçunun dəyəri  245,1 milyon qiymətləndirilir. Növbəti yerləri Vinisus və Bukayo Saka tuturlar. Siyahıda Bellngem, Rodriqo, Pedri, Qavi kimi futbolçular yer alıblar. 

Qeyd edək ki, PSJ-nin ulduz futbolçusu Mbappe sıralamada 10-cu yerdə qərarlaşıb.

1. Erlinq Holand (“Mançester Siti”) – 245,1 milyon avro
2. Vinisus Junior (“Real”) – 196,3 milyon avro
3. Bukayo Saka (“Arsenal”) – 195,8 milyon avro
4. Cud Bellingem (“Borussiya” D) – 190,2 milyon avro
5. Rodriqo (“Real”) – 184,5 milyon avro
6. Pedri (“Barselona”) – 178 milyon avro
7. Qavi (“Barselona”) – 174,1 milyon avro
8. Camal Musiala (“Bavariya”) – 170,2 milyon avro
9. Filip Foden (“Mançester Siti”)  – 166,8 milyon avro
10. Kilian Mbappe (PSJ) – 163,2 milyon avro
 

writer photo
Əlirza Əlirzalı
0