Bu ay Polşa Avropa idmanının mərkəzinə çevriləcək. Qitənin şərqindəki ölkə sayca 3-cü Avropa Oyunlarını qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan 3-cü dəfə təşkil olunacaq yarışa qitənin 3-cüsü kimi qatılacaq.
Ölkəmiz əvvəlki iki multi-idman turnirində qazanılan medal sayında “Top-3”dədir. İdmançılarımız 84 medal qazanıb. Bunun 26-sı qızıl, 25-i gümüş, 33-ü bürüncdür.
Azərbaycan Bakı-2015 və Minsk-2019-dakı medalların sayı və əyarında yalnız Rusiya və Belarusdan geri qalır. Avropa idmanının şəksiz lideri Krakov-2023-ə buraxılmasa da, ən yaxın 4 izləyicisinin birlikdə qazandığı çempionluqdan da çox uğuru olan şimallıların mövqeyinin dəyişməz qalacağı şübhə doğurmur.
Azərbaycanın Belarusu keçmək və 2-ci olması çətin görünsə də, mümkünsüz deyil. Lakin təkcə 2-ci olmağı deyil, “üçlük”dəki mövqeyi qorumaq barədə də düşünmək zəruridir. Çünki qonşu sıralardakı ilə fərq azdır.
Ümumiyyətlə, 453 qızıl medala 35 ölkə təmsilçiləri layiq görülüb. 1528 mükafata sahib olanlar isə 44 yığma üzvləridir.
Avropa Olimpiya Komitələrinin 6 üzvü hələ də medal həsrətindədir. Bunlar Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Malta və Monakodur.
Yer |
Ölkə |
Q |
G |
B |
Cəmi |
1 |
Rusiya |
123 |
64 |
86 |
273 |
2 |
Belarus |
33 |
27 |
51 |
111 |
3 |
Azərbaycan |
26 |
25 |
33 |
84 |
4 |
Ukrayna |
24 |
31 |
43 |
98 |
5 |
Böyük Britaniya |
24 |
20 |
26 |
70 |
6 |
İtaliya |
23 |
41 |
24 |
88 |
7 |
Almaniya |
23 |
23 |
46 |
92 |
8 |
Fransa |
18 |
22 |
31 |
71 |
9 |
Niderland |
17 |
25 |
16 |
58 |
10 |
İspaniya |
13 |
13 |
17 |
43 |
11 |
Macarıstan |
11 |
10 |
17 |
38 |
12 |
İsveçrə |
10 |
7 |
8 |
25 |
13 |
Gürcüstan |
9 |
15 |
22 |
46 |
14 |
Serbiya |
9 |
6 |
7 |
22 |
15 |
Türkiyə |
8 |
10 |
26 |
44 |
16 |
Belçika |
8 |
5 |
4 |
17 |
17 |
Danimarka |
7 |
5 |
8 |
20 |
18 |
Portuqaliya |
6 |
10 |
9 |
25 |
19 |
Polşa |
5 |
9 |
20 |
34 |
20 |
Rumıniya |
5 |
8 |
9 |
22 |
21 |
İsrail |
5 |
7 |
7 |
19 |
22 |
Ermənistan |
5 |
4 |
3 |
12 |
23 |
İsveç |
5 |
3 |
7 |
15 |
24 |
Sloveniya |
5 |
2 |
4 |
11 |
25 |
Bolqarıstan |
4 |
11 |
13 |
28 |
26 |
Avstriya |
4 |
8 |
8 |
20 |
27 |
Yunanıstan |
4 |
6 |
8 |
18 |
28 |
Litva |
4 |
2 |
4 |
10 |
29 |
Xorvatiya |
3 |
5 |
11 |
19 |
30 |
İrlandiya |
3 |
3 |
7 |
13 |
31 |
Latviya |
3 |
3 |
4 |
10 |
32 |
Çexiya |
2 |
7 |
11 |
20 |
33 |
Finlandiya |
2 |
0 |
2 |
4 |
34 |
Slovakiya |
1 |
4 |
6 |
11 |
35 |
Kosovo |
1 |
1 |
2 |
4 |
36 |
Estoniya |
0 |
3 |
5 |
8 |
37 |
Moldova |
0 |
2 |
6 |
8 |
38 |
Kipr |
0 |
2 |
0 |
2 |
39 |
Lüksemburq |
0 |
1 |
2 |
3 |
San-Marino |
0 |
1 |
2 |
3 |
|
41 |
Monteneqro |
0 |
1 |
1 |
2 |
42 |
Bosniya və Herseqovina |
0 |
1 |
0 |
1 |
43 |
Norveç |
0 |
0 |
4 |
4 |
44 |
Şimali Makedoniya |
0 |
0 |
2 |
2 |
44 ölkə |
453 |
453 |
622 |
1528 |