UEFA “Qarabağ”a 1 milyon 294 min avro ödədi
01.11.2022 - 11:18
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) UEFA tərəfindən ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Apasport.az xəbər verir ki, bu barədə assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, qitə futbol qurumu qrupdakı performansa görə, Ağdam təmsilçisinə 1 milyon 294 min avro köçürüb. Qurban Qurbanovun yetirmələri qrupda 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu noyabrın 3-də Bakıda Almaniya təmsilçisi “Frayburq”a qarşı keçirəcək.
0
0