"Brentford" Tonini cəmi 70 milyon avroya satacaq
14.08.2024 - 14:37
"Brentford" Tonini cəmi 70 milyon avroya satacaq

London klublarından "Brentford" hücumçusu İvan Toninin transfer qiymətini müəyyənəşdirib.

Apasport.az “The Independent”ə istinadla xəbər verir ki, “arılar” ingilisi ən azı 70 milyon avro təzminat qarşılığında sərbəst buraxacaqlar.

Daha əvvəl bildirilmişdi ki, Toni "transfer pəncərəsi" bitməmiş hələ də yeni forvard axtarışında olan “Mançester Yunayted”ə keçə bilər.

28 yaşlı Toni İngiltərə Premyer Liqasının son mövsümündə 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Hücumçu cəza səbəbindən mövsümün yarısını buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0